Topaz Premyer Liqasında dördüncü turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə də cəmi 1 qarşılaşma keçiriləcək. "Səbail" öz meydanında "Zirə" ilə qarşılaşacaq. Bu, Samir Abasovun "Zirə"nin baş məşqçisi kimi debüt matçı olacaq.
Qeyd edək ki, turun digər son iki oyunu sabah keçiriləcək.
Topaz Premyer Liqası
IV tur
15 sentyabr (şənbə)
20:30 “Səbail” – “Zirə” - 1:1
Qollar: Rahid Əmirquliyev, 84 - Pərdis-Fərcad Azad, 68 (pen.)
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”