Topaz Premyer Liqasının IV turunda "Zirə" "Səbail"in qonağı olub.
Sportal.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatsa da, qonaqlar texniki məğlubiyyətlə üzləşə bilərlər.
Belə ki, protokolda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bundan əlavə, kapitanın adı da protokolda yazılmayıb.
Yekun qərarı AFFA-nın nizam intizam komitəsi verəcək.