Mbappenin "Real" etirafı

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe "Real"da oynamaqdan imtina etdiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, o, 2014-cü ildə "kral klubu"nda təklif aldığını, lakin "Monako"da qaldığını deyib:

 

"2014-cü ildə "Real"da oldum. Zinəddin Zidan və Kriştiano Ronaldo ilə görüşüb, tanış olmuşdum. Ancaq ailəm Fransada qalıb, inkişaf etməyimi istədi. Bunun mənim üçün daha doğru qərar olacağını dedilər. Düzdür, orada Zidan var idi, amma mənim üçün İspaniya fərqli mədəniyyət olacaqdı. Mən həmişə mübarizə aparmağı, meydan oxumağı sevmişəm. Meydanda mənə bu duyğu güc verir. Rahat olmağı xoşlamıram. Mən də 18-19 yaşda digər yaşıdlarımın etdiklərini təkrarlamaq istəyirdim. Ancaq məndən tez böyüməyi istədilər. Zirvədə olmaq üçün uşaq olmamalısınız".

 

22 yaşlı forvard 2018-ci ildə 145 milyon avro qarşılığında "Monako"dan PSJ-yə keçib.

Tarix: 4 İyun [16:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyul 2021
23  İyul 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio