Afrikalı futbolçu: "Azərbaycan karyeramın zirvəsi idi"

11:41 - 15 Sentyabr 2021

Azərbaycanda "Sabah" və "Səbail"də çıxış etmiş Hendrik Ekşteyn ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Cənubi Afrika Respublikasından olan yarımmüdafiəçi ölkəmizdə keçirdiyi günlər haqda danışıb. 30 yaşlı futbolçu Azərbaycanın karyerasının zirvəsi olduğunu deyib:

 

“Azərbaycanın iki fərqli klubunda oynadım. Hər birində mənə olan davranışdan razı qaldım. Orda bəzi kiçik problemlər yaşamağıma baxmayaraq, Azərbaycana getmək qərarından peşman deyiləm. “Səbail”də olarkən “Çelsi”nin keçmiş ulduzu Maykl Essyenlə bir yerdə oynadım. Azərbaycan karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. Azərbaycanda mənə sevgi göstərildi”.

 

Qeyd edək ki, EKşteyn hazırda Cənubi Afrika Respublikasının “Amazulu” klubunda çıxış edir. 

Xəbər xətti