"Qəbələ"nin və millinin üzvü Almaniyada əməliyyat edildi

23:54 - 6 Oktyabr 2021

"Qəbələ"nin zədəli futbolçusu Rüfət Əhmədov cərrahi əməliyyatla üzləşib.

 

Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Almaniyada diz bağlarından uğurlu əməliyyat olunub.

 

19 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycana qayıdacaq və bərpa prosesinə başlayacaq. Onun azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqdir.

Xəbər xətti