Azərbaycanlı nazirlər millinin Serbiyaya məğlubiyyətini stadionda izlədilər

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Serbiya ilə səfər matçını azərbaycanlı nazirlər də canlı izləyiblər.

 

Sportal.az xəbər verir ki, Belqradda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə sənayesi naziri Mədət Quliyev millimizə tribunadan dəstək veriblər.

 

Belqraddakı “Rayko Mitiç” stadionunda keçirilən oyunda azərbaycanlı nazirləri Serbiyanın gənclər və idman naziri Vanya Udoviçiç müşayiət edib. O, Bayramov və Quliyevlə stadionda çəkdirdiyi birgə şəklini sosial şəbəkə hesabında da paylaşıb.

 

Serbiya – Azərbaycan oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.

Tarix: 13 Oktyabr [02:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Oktyabr 2021
27  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio