Yığmamız dünya çempionatına 8 idmançı ilə yollanır

Ekvadorun Quayaquil şəhərində 10-13 avqustda keçiriləcək gənclər arasında Dünya çempionatında iştirak edəcək yığmamızın heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycan 8 idmançı təmsil olunacaq.

Avqustun 10-da Turan Bayramov (60 kq), bir gün sonra isə Vüsal Qələndərzadə (73 kq) və Qadir Hüseynov (73 kq), 12-də Elcan Hacıyev və Məhərrəm İmamverdiyev (81 kq) mübarizə başlayacaq. Həmin gün Vüqar Talıbov (90 kq) da tatamiyə çıxacaq.

Avqustun 13-də isə Ruslan Nəsirli(100 kq) və Kənan Nəsibov (100 +) da medal üçün mübarizə aparacaq. 

​Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.

Tarix: 9 Avqust [12:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio