"Ardıcıl ikinci ildir ki, 1/4 finala yüksəlirik, hər gün olan hadisə deyil"

15:40 - 17 Mart 2023

"Vest Hem"in baş məşqçisi Devid Moyes Konfrans Liqasında AEK (Larnaka) üzərində qələbəni (4:0) şərh edib.

Sportal.az xəbər verir ki,  "BT Sport"a danışan təcrübəli mütəxəssis növbəti dəfə avrokuboklarda 1/4 final mərhələsinə vəsiqə qazanmaqlarını xüsusi qeyd edib:

"Nəticədən çox razıyam. Ardıcıl ikinci ildir ki, avrokuboklarda 1/4 finala yüksəlirik. Hər gün olan hadisə deyil. Hansı komanda ilə qarşılaşmağımızı istəyərdim? Demək çətindir. AEK ilə oyunlar asan olmadı, Kiprə uçmaq, cümə axşamı, sonra bazar günləri oynamaq... Ümidvaram ki, İngiltərədən uzaq olmayan ölkənin komandası ilə oynayarıq".
 

Xəbər xətti