Bakı Olimpiya Stadionu "Qarabağ" - "Qalatasaray" matçına hazırdı - FOTOLAR

20:55 - 22 Mart 2023

"Qarabağ" Türkiyənin "Qalatasaray" klubu ilə xeyriyyə matçında üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Bakı Olimpiya Stadionu qarşılaşmaya ev sahibliyi etməyə hazırdır. Bununla bağlı Ağdam təmsilçisinin sosial şəbəkə hesabları paylaşım edib: "Bakı Olimpiya Stadionu qardaşlıq oyununa hazırdır! Bəs siz biletinizi almısınız?"

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da saat 20:00-da keçiriləcək. Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Xəbər xətti