"Real" Keynlə Vlahoviç arasında seçim etdi

22:20 - 22 Mart 2023

Hücum xətti üçün Harri Keyn və Duşan Vlahoviç arasında seçim edən "Real" qərarını verib.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi seçimini "Yuventus"un forvardından yana edib. "Kral klubu" yay transfer pəncərəsi zamanı serb futbolçu üçün İtaliya klubuna yüksək məbləğli rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi ötən ilin yanvar ayında "Fiorentina"dan transfer edib. 23 yaşlı hücumçu A Seriyası klubunun heyətində meydana çıxdığı 49 matçda 20 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti