Tanınmış mütəxəssis işsiz qalacaq

13:18 - 23 Mart 2023

Tanınmış məşqçi Dik Advokat mövsümün sonunda “Den Haaq”dan ayrılacaq.

Sportal.az “Voetbal”a istinadən xəbər verir ki, rəhbərlik artıq 75 yaşlı mütəxəssisi əvəzləyəcək məşqçi axtarışına da çıxıb.

Hazırda Niderland 1-ci liqasında çıxış edən “Den Haaq” 20 komanda arasında 13-cü pillədədir.

Rəhbərlik Advokatın qarşısına komandanı yüksək liqaya çıxarmaq tapşırığı qoysa da, onun bu işin öhdəsindən gəlməsi çətin görünür.

Çünki hazırda komanda birinci pillədə qərarlaşan “Zvolle”dən 30 xal geridədir.

Adkovat Niderland, ABŞ, Cənubi Koreya, Belçika, Serbiya, Rusiya, İraq milliləri ilə yanaşı "Zenit", "Reyncers", PSV,  "Fənərbaxça", "Feyenoord" klublarına rəhbərlik edib.

Xəbər xətti