"Qalatasaray"ın prezidenti Azərbaycana təşəkkür etdi

21:40 - 28 Mart 2023

"Qalatasaray"ın prezidenti Dursun Özbək "Qarabağ"la Bakıda keçirilən xeyriyyə matçına görə Azərbaycana təşəkkür edib.

Sportal.az xəbər verir ki, təşəkkür məktubu İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında paylaşılıb:

"TƏŞƏKKÜR MƏKTUBU

Qardaş ölkə Azərbaycanın seçkin komandası "Qarabağ" FK ilə həyata keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirmişdir. 

Bakı Olimpiya Stadionunda həyata keçirilən oyuna təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük bir nəzakətlə qarşılayan "Qarabağ" FK prezidenti cənab Tahir Gözələ və İdarə heyətinə təşəkkürlərimizi bildiririk.

Buna əlavə olaraq, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram.

Hörmətlə, Dursun Aydın Özbək

Galatasaray İdman Klubunun Prezidenti"

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" matçı "sarı-qırmızılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan əldə olunan gəlir Türkiyə baş vermiş zəlzələdən əziyyət çəkən insanlar üçün göndəriləcək.

Xəbər xətti