Belçikalı hücumçu "Milan"ı tərk edəcək

16:35 - 23 May 2023

"Milan"ın hücumçusu Divok Orici yayda komandanı tərk etmək haqda düşünür.

Sportal.az xəbər verir ki, İtaliya təmsilçisində az şans qazanan belçikalı forvard yayda klubdan ayrılmaq istəyir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 28 yaşlı futbolçu ilə Türkiyə və İngiltərə klubları yaxından maraqlanır. Təcrübəli oyunçu qərarını mövsüm başa çatdıqdan sonra verəcək.

Qeyd edək ki, Divok Orici 2022-ci ilin yayında "Liverpul"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Milan"a keçib. Belçika millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti