Yığmamızın Türkiyəyə qarşı keçirəcəyi görüşün məkanı bəlli oldu

12:44 - 2 İyun 2023

U-21 yığmamızın iyunun 17-də Türkiyəyə qarşı keçirəcəyi yoldaşlıq görüşünün məkanı və vaxtı bəlli olub. 

Sportal.az xəbər verir ki, qarşılaşmaya saat 20:00-da start veriləcək. Görüş "Esenyurt Necmi Kadıoğlu" stadionunda baş tutacaq.

Samir Əliyevin rəhbərlik etdiyi kollektiv iyunun 20-də Bakıda Qırğızıstanla üz-üzə gələcək.

Xəbər xətti