Azərbaycanlı futbolçuların komandası Premyer Liqa ilə vidalaşdı

11:50 - 4 İyun 2023

Rusiya Premyer Liqasında 2022/2023 mövsümünün sonuncu - 30-cu turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi "Ximki" səfərdə "Nijni Novqorod"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İlya Sadıqov bu görüşün iştirakçısı olunlar. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Ayaz Quliyev isə cəzalı durumda olduğu üçün matçda iştirak etməyib.

18 xal toplayan "Ximki" 16 komanda arasında turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb və elitanı tərk edib.

Xəbər xətti