Mutu "Neftçi"də qalmasını istədi

16:49 - 12 Avqust 2023

"Neftçi"nin qolkiperi Rza Cəfərov Misli Premyer Liqasında yarışan iki komandanın transfer siyahısında yer alıb.

Sportal.az saytına verilən məlumata görə, hər iki klub onu icarəyə götürmək istəyib. Hətta buna görə "Neftçi"yə müraciət də edilib. Amma Adrian Mutu Cəfərovun komandadan ayrılmasına müsbət yanaşmayıb. Belə ki, rumıniyalı mütəxəssis əsas komandada dörd qolkiperin yer almasını üstün tutub. Mutu əsas komandada dörd qapıçının olmasını istəyib.

Hazırda "Neftçi"nin əsas komandasında Rza daxil olmaqla dörd qapıçı yer alıb - İvan Brkiç, Aqil Məmmədov, Emil Balayev.

Qeyd edək ki, Cəfərovu bu yay heyətinə qatmaq istəyən komandalardan biri "Kəpəz" idi.
 

Xəbər xətti