Azərbaycan - Monteneqro matçlarının hakimləri bəlli oldu

14:51 - 14 Avqust 2023

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı çərçivəsində Monteneqro yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək matçları baş hakimləri İslam Məmmədov və Şamil İmanzadə olacaq.

Azərbaycan U-17 – Monteneqro U-17

15 avqust. Dalğa Arena. Saat 18:30
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Orxan İbişov, Mahmud Bağırzadə

Azərbaycan U-17 – Monteneqro U-17

18 avqust. Dalğa Arena. Saat 18:30
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Murad Səlimov

Xəbər xətti