İtaliya millisinin üzvü "Yuventus"da oynamaq istəyir

15:44 - 22 Avqust 2023

"Sassuolo"nun yarımmüdafiəçisi Domeniko Berardi hələ də bu yay "Yuventus"a keçəcəyinə ümid edir.

Sportal.az “Il Corriere dello Sport”a istinadən xəbər verir ki, klublar hələ transferin məbləği ilə bağlı razılığa gələ bilməyiblər.

“Qara-yaşıllar” Turin klubunun ödəməyə hazır olduğundan 10 milyon avro artıq pul tələb edir.

29 yaşlı futbolçu 2013-cü ildə “Sassuola”dan “Yuventus”a keçib. Lakin orada özünü doğrulda bilmədiyi üçün yenidən hazırkı komandasına qayıdıb.

Xəbər xətti