Andrey Lunyovun gəlişindən sonra "Qarabağ"ın əsas komandasında qapıçıların sayı dördə yüksəlmişdi. Onlardan Amin Ramazanovun icarəyə göndərilməsi gündəmdə idi.
Gənc qapıçının xidmətində maraqlı olan Premyer Liqa klubları da az deyildi. Onlar arasında "Sumqayıt" və "Qəbələ"nin olduğu da iddia edilirdi.
Sportal.az saytına verilən məlumata görə, Ramazanov "Qarabağ"dan ayrılmayacaq. Onun hansısa kluba icarəyə verilmək məsələsi reallaşmayacaq. Şahruddin Məhəmmədəliyevin "Adana Dəmirspor"a mümkün keçidindən sonra qolkiperin Ağdam klubunda qalacağı dəqiqləşib.
saytlarin hazirlanmasi