Belçika millisinin yarımmüdafiəçisi Şarl de Ketelare AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla Bakıda keçiriləcək oyunda oynamaq şanslarından danışıb.
Sportal.az xəbər verir ki, “RTL info”ya danışan belçikalı matç haqda bunları deyib:
"Milli komandada oynamaq həmişə böyük şərəfdir. Amma bu şansı öz klubunda oynamaqla qazanmalısan və yalnız bundan sonra özünü burada sübut etməlisən. Kevin De Bruynenin olmaması komandamız üçün böyük itkidir. Məşqçinin mənə ehtiyacı olsa, buradayam, Azərbaycanla matçda oynamağa, özümü göstərməyə hazıram".
Qeyd edək i, Azərbaycan – Belçika matçı sentyabrın 9-da “Dalğa Arena”da 17:00-da başlayacaq.
saytlarin hazirlanmasi