AFFA İrəvandakı təxribatla bağlı UEFA-ya müraciət edəcək

00:19 - 12 Sentyabr 2023

AFFA AVRO-2024-ün İrəvanda baş tutan Ermənistan - Xorvatiya matçında meydan sahiblərinin törətdiyi təxribatla əlaqədar UEFA-ya müraciət edəcək.

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, ev sahibləri sözügedən matçda dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar.

Qarşılaşma Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti