Almaniyanın "Bayer" klubunun cinah futbolçusu Natan Tella Avropa Liqasının H qrupunun IV turunda “Qarabağ”a qarşı Bakıda keçirilmiş matçı (1:0) haqda danışıb.
Sportal.az xəbər verir ki, "Kicker"ə danışan 24 yaşlı futbolçu öz performansından narazı qalıb. Xüsusilə də, son performansına görə Nigeriya millisinə dəvət edilməsinə təəccüblənib:
"Mən təəccübləndim. Millidən dəvət gəlməsi barədə Bakıdakı oyundan sonra xəbər tutdum. "Qarabağ"a qarşı göstərdiyim performansa görə üzgün idim".
Tella 2023-cü ildə "Southempton"dan "Bayer"ə keçib. O, hələ ki, Nigeriya millisində debüt etməyib.
saytlarin hazirlanmasi