İsveç milli komandası AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı F qrupunda keçirəcəyi oyun ərəfəsində eyni vaxtda üç itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Antoni Elanqa, Emil Holm və Lüdviq Avqustinsson zədə səbəbindən heyətdən kənarda qalıb.
Əvəzində İsveç yığmasının baş məşqçisi Yanne Andersson Niklas Hult və İsak Hinə zəng edib.
Azərbaycan - İsveç matçı noyabrın 16-da Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi