Azərbaycan milli komandası bir neçə dəqiqə əvvəl Belçikaya yollanıb.
Sportal.az xəbər verir ki, yığma komandamız AVRO-2024-ün seçmə mərhələsində F qrupunun son görüşündə Brüsseldə yerli komanda ilə qarşılaşacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv 16:00-da çarter reysi ilə Bakıdan birbaşa Brüsselə uçub.
Bütün futbolçular, o cümlədən diskvalifikasiya olunmuş Ramil Şeydayev və zədəli Emil Səfərov da səfərdə olacaq. Yalnız İsveçlə görüşdə qırmızı vərəqə alan və qarşıdakı oyunu buraxacaq Bəhlul Mustafazadə Belçikaya uçmayıb.
Belçika - Azərbaycan matçı noyabrın 19-da Brüsseldəki “Rua Boduen” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi