PSJ 18 yaşlı braziliyalının transferi üçün razılığa gəldi

20:44 - 1 Dekabr 2023

“Korintians”ın yarımmüdafiəçisi Qabriel Moskardo karyerasını PSJ-də davam etməyə yaxındır.

Sportal.az "FootMercato"ya istinadən xəbər verir ki, Paris klubu 2024-cü ilin yanvarında 18 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib. 

Fransa çempionu qarşı tərəfə 22 milyon avro ödəyəcək.

18 yaşlı futbolçunun Braziliya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.
 

Xəbər xətti