Azərbaycan millisi evdə Farer adalarına qalib gəldi

20:49 - 5 Dekabr 2023

Bu gün qadın futbol üzrə Azərbaycan millisi Millətlər Liqasının C3 qrupunda son oyununu keçirib.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv evdə Farer adaları ilə oynayıb.Millimiz bu görüşdə də qələbə qazanıb.

Azərbaycan – Farer adaları 1:0
Qol:
Nigar Mirzəliyeva, 68

Azərbaycan bundan əvvəl Kipr (1:1, 1:0), Monteneqro (1:0, 3:0) və Farer adaları (2:1) ilə oynamışdı. Millimiz artıq beşinci turda qrup liderliyini təmin edərək, B divizionuna keçidini rəsmiləşdirmişdi. 

Xəbər xətti