"Kəpəz"in qapıçısı İqor Rodriqes Sportal.az saytına müsahibə verib.
- "Kəpəz"in hazırlıq dönəmi necə keçir? Yaxşı hazırlaşa bilirsiz?
- Məncə, hazırlıq dövründən yaxşı istifadə edə bildik. Komandamıza iki yeni futbolçu da qoşuldu. Onlar üçün də komandaya adaptasiya olması da vacib idi. Bunun üçün zamana ehtiyacı var. Hər şey normal gedir. Mövsümün ikinci yarısına hazırlaşırıq.
- Komanda "Qəbələ" ilə yoxlama görüşündə qalib gəlməyi bacardı. Həmin oyun sizin üçün necə keçdi?
- "Qəbələ"yə qarşı oyun yaxşı alındı. Baş məşqçinin bütün oyunçulara oynamaq imkanı verə bildi. Qələbəyə görə sevinirik. Amma bilirik ki, növbəti çempionat oyununda yaxşı reaksiya vermək üçün yaxşı işləməyə davam etməliyik. İşimizə peşəkar yanaşırıq.
- Digər yoxlama oyununuz qar yağdığı üçün reallaşmadı. Bu barədə fikrin necədir?
- Bəli, Gəncəyə çox qar yağmışdı. Oyundan əvvəl edəcəyimiz məşq də heç meydançaya görə baş tutmadı. Biz yalnız idman zalında fiziki hazırlıq üzrə işlədik. Hər halda, təbii vəziyyətə görə belə oldu.
- Fasilə zamanı Portuqaliyaya yollanmağa vaxt tapdın, yoxsa Gəncədə qaldı?
- Bəli, baş məşqçi bizə ölkələrimizə getməyə icazə verdi. Mən də fürsətdən istifadə edib Portuqaliyaya yollandım. Ailəm və dostlarımla görüşməyə getdim.
- Mövsümün ilk yarısını 9-cu pillədə başa vurdunuz. Səncə, mövsümün ikinci yarısında "Kəpəz" hansı nəticəni göstərə biləcək? Mövsümün yekununda Premyer Liqada qala biləcəksiz?
- Son matçlarda oyunumuzun keyfiyyətinin yüksəldiyini hamı gördü. Dediyim kimi, biz oyundan-oyuna növbəti matçı fikirləşirik. Hazırda qələbə qazanmaq istədiyimiz növbəti oyuna hazırlaşırıq. “Turan-Tovuz”la oynayacağıq. Bu matça fokuslanmışıq.
- Ümumiyyətlə, Azərbaycan Premyer Liqasındakı mübarizə haqda hansı fikirdəsən?
- Azərbaycan Premyer Liqası çox rəqabətlidir. Komandaların səviyyəsi demək olar ki, eynidir. Bu da qələbə ilə məğlubiyyət arasında fərq yaradacaq detaldır. Buna görə də ən yaxşı səviyyədə olmaq üçün çox konsentrasiya olmalıyıq. Hər oyuna maksimum fokuslanıb, maksimum güc qoymaq lazımdır.
Mirbağırağa