"Qarabağ"ın tanışı "Bavariya"nı məğlub etdi - VİDEO

10:49 - 11 Fevral 2024

Almaniya Bundesliqasında 21-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Bayer”(Leverkuzen) “Bavariya” ilə qarşılaşıb.
Leverkuzen təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Xabi Alonsonun rəhbərlik etdiyi kollektiv 55 xalla liderdir. “Bavariya”nın aktivində 50 xal var.

"Bayer" - "Bavariya" 3:0
Qollar
: C.Stanişiç, 18, A.Qrimaldo, 50, C.Frimponq, 90+5

Xəbər xətti