Azərbaycan millisi üçün tarixi matç: Yığmamız ilk dəfə DÇ-nin seçmə mərhələ oyununa çıxır

10:17 - 22 Fevral 2024

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində debüt edəcək.

Sportal.az xəbər verir ki, milli DÇ-2027-nin seçmə mərhələsində ilk oyununu İsveçrə yığmasına qarşı keçirəcək.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv bu matçdan üç gündən sonra evdə Kosovo yığması ilə üz-üzə gələcək.

22:00 İsveçrə - Azərbaycan 

Azərbaycan: Zaur Paşayev, Kamran Məmmədov, Orxan Aydın, Ercan Donat, Ulaş Turqut, Sadettin Donat, Elşad Şirzadov, Endar Poladxanlı, Zak Leday, Əkbər Məmmədov, Amil Həmzəyev, Şirzad Şirzadov

A qrupunun digər oyununda Kosovo İrlandiyanı qəbul edəcək. Qarşılaşmaya 22:00-da start veriləcək. 

Qeyd edək ki, ikinci turda Azərbaycan millisinin Kosovoya qarşı görüşü fevralın 25-də “Sərhədçi” İdman Kompleksində baş tutacaq və saat 14:00-da başlayacaq.

Xəbər xətti