Almaniyanın "Bayer" (Leverkuzen) klubunun rəsmisi Simon Rolfes Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasını şərh edib.
Sportal.az xəbər verir ki, Leverkuzen klubunun idman direktoru “Qarabağ” haqda fikirlərini bölüşüb:
"Bu, bizim üçün tanış rəqibdir. Lakin asan olmayacaq. "Qarabağ" güclü komandadır. Bunu qrup mərhələsində də sübut etdilər. "Braqa" ilə matçın sonlarında vəziyyəti öz xeyrinə dəyişmələri böyük hörmətə layiqdir. Biz bu oyunlara böyük konsentrasiya ilə yanaşacağıq. 1/4 finala çıxmaq üçün bizi iki çətin oyun gözləyir".
Qeyd edək ki, “Qarabağ” və “Braqa” komandalarının görüşü martın 7-i və 14-də keçiriləcək.
saytlarin hazirlanmasi