Azərbaycan Kubokunun açılış oyununda sevinən tərəf "Xəzri" oldu

18:42 - 27 Fevral 2024

Bu gün "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun açılış oyunu keçirilib.

Sportal.az xəbər verir ki, A qrupunda qərarlaşmış "Xəzri" və "Sumqayıt" komandaların oyununda paytaxt klubunun 105-81 hesablı rahat qələbəsi qeydə alınıb.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Ceremi Maklaflin - 26 xal, 10 ribaund), "Sumqayıt" (Smit Roderik - 29 xal, 9 ribaund).

Xəbər xətti