"Yuventus" türk futbolçu üçün 59 milyon avro tələb edir

19:51 - 27 Fevral 2024

"Yuventus"un hücumçusu Kənan Yıldız Avropanın nəhəng klublarının transfer hədəfindədir.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi türk futbolçunu satmağın əleyhinə deyil. Lakin İtaloiya klubu 18 yaşlı forvard üçün 59 milyon avro tələb edir. Bu barədə "Sun" nəşri məlumat yayıb.

İtalyanlar mövsümün sonunda gənc oyunçu üçün gələcək təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, "Yuventus" Kənan Yıldızı 2022-ci ilin yayında "Bavariya" akademiyasından transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti