"Qəbələ"nin qapıçısı: "Yarıfminala qədər gəlmişiksə, niyə də kuboku qazanmayaq?" - MÜSAHİBƏ

19:24 - 31 Mart 2024

"Qəbələ"nin qapıçısı Rəşad Əzizli Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 28-ci turunda "Neftçi"yə 0:1 hesablı məğlubiyyətini şərh edib. 

- "Qəbələ" son turda "Neftçi" ilə qarşılaşdı. Bu görüşdəki məğlubiyyətin səbəbini nədə görürsən? Səncə, uduzmaya bilərdiz?2. Ümumiyyətlə, 0:1 hesabı ədalətli idi?

- Bilirsiz, sonluğu gətirə bilmirdik. Halbuki, oyun tam üstünlüyümüz şəraitində keçdi. Lakin sonda çox üzücü məğlubiyyətlə üzləşdik. Təəssüf ki, belə oldu. Düzdür, oyun bizim üstünlüyümüz şəraitində keçdi. Lakin sonda yadda qalan və həlledici məqam nəticədir. Yaxşısı elə pis oynayıb üç xal qazanmaqdır.

- Rəqib komandanın futbolçusu Rəhman Hacıyev bildirib ki, hava şəratinə görə nəfəs almaq olmurdu. Səncə, həqiqətənmi Qəbələnin hava şəraiti rəqiblər üçün mənfi haldır?

Bizim özümüzə də bəzən hava ağır gəlir. Buna baxmayaraq, biz həftəboyu məşq edirik burada. Düz deyir, bir gün qabaqdan gəlib, sonra oyuna çıxanda çox ağır olur. Ən azı iki gün qabaqcadan gəlib buradakı vəziyyətə adaptasiya olmalısan.

- "Qəbələ" hələ də, sonuncu pillədədir və "Kəpəz"dən düz 11 xal geridədir. Ümumiyyətlə, hazırda kollektivdəki durum necədir? Hər oyuna çıxanda yəqin ki, turnir cədvəlindəki vəziyyətiniz sizi məyus edir və inamsızlıq yaranır?

Turnir cədvəlindəki vəziyyət bizə təzyiq yaradır. Ancaq yenə də hamımız inanırıq ki, bu durumdan çıxa bilərik. Mübarizəyə davam edirik. Hər şeyin bizim üçün yaxşı bitəcəyinə inanıram.

- Səncə, "Qəbələ" bu geriliyi aradan qaldırıb "Kəpəz"i qabaqlaya biləcək, yoxsa çox çətn və mümkünsüz görünür?

Çox çətin olmağına, çətin olacaq. Lakin inanırıq ki, sona kimi də mübarizəmizi aparacağıq. 

- Elmar Baxşıyev getdi, Kaxaber Tsxadadze gəldi. Bu dəyişiklikdən sonra komandadakı ümumi atmosfer dəyişikliyivarmı, futbolçulara liqada qalacağıq deyə, inam gəlib?

Elmar müəllimin vaxtında necə inanırdıqsa, indi də inanırıq. Kaxaber Tsxadadze bizə buna inanmalı olduğumuzu bildirir.

- Maraqlıdır ki, birinci liqaya düşmək təhlükəniz olmaqla yanaşı, həm də avrokuboklara yollanmaq şansına sahibsiz. Səncə, "Zirə" səddini keçərək finala vəsiqə qazanmağı bacaracaqsız? Bunu real hesab edirsən, yoxsa hazırkı durumda sizin üçün əsas vacib olan məqam Premyer Liqaya köklənməkdir?

Kubok da çempionat  kimi vacibdir. Oyunların heç birinə boş yanaşmırıq. Yarıfminala qədər gəlmişiksə, niyə də kuboku qazanmayaq?

Mirbağırağa

Xəbər xətti