Messinin komandası Çempionlar Kubokunda mübarizəni dayandırdı

11:36 - 11 Aprel 2024

KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" səfərdə "Monterrey"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İki görüşün nəticəsinə görə 5:2 hesablı üstünlük əldə edən Meksika təmsilçisi yarımfinala yüksəlib. "İnter Mayami" isə turnirdə mübarizəni dayandırıb.

Lionel Messi bu matçda 90 dəqiqə meydanda olub. Argentinalı hücumçu komandasının yeganə qolunu vurub.

Xəbər xətti