"Sərhədçi" pley-off yarışının bir addımlığında

13:54 - 11 Aprel 2024

Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci tura start verilib.

Sportal.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Sərhədçi" klubları üz-üzə gəliblər. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Xəzri" pley-off uğrunda mübarizə aparan "Sərhədçi" klubu ilə qarşılaşıb.

Oyuna fəal başlayan "Sərhədçi" rəqibi üzərində 98-70 hesablı qələbə qazanaraq, pley-off şanslarını artırıb. Bu turda "Sumqayıt" klubu "Sabah" kollektivinə məğlub olarsa, "Sərhədçi" pley-off yarışına vəsiqəni təmin edəcək.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Yusuf Mohəmməd - 24 xal, 4 ribaund ), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 18 xal, 8 ribaund) 

Xəbər xətti