"Bavariya"nın legioneri İtaliya klubuna qayıtmaq istəmir

21:49 - 17 Aprel 2024

İtaliya mətbuatı "Napoli"nin "Bavariya" və Cənubi Koreyanın müdafiəçisisi Kim Min Jaeni geri qaytarmağı planlaşdırdığını iddia edib. 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Neapol klubuna qayıtmaq haqda düşünmür.

Asiyalının "Bavariya"nın əsas heyət üzvü olmamasına rəğmən, Münhen klubundan ayrılmaq barədə fikirləşmədiyi bildirilir.

Kimin Almaniya nəhəngini tərk etmək istəmədiyi və əsas heyət uğrunda rəqabət aparacağı iddia edilir.

Cənubi koreyalı bu mövsüm "Bavariya"nın heyətində 29 görüşə çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti