Tanınmış məşqçi Braziliyaya köçür

16:13 - 18 Aprel 2024

İspaniyalı məşqçi Rafael Benites Braziliyada çalışmağa yaxındır.

Sportal.az xəbər verir ki, "San Paulo" 64 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə Braziliyalı mediası məlumat yayıb.

Tərəflər arasından danışıqların başladığı və tezliklə müsbət nəticə əldə olunacağı bildirilir.

Qeyd edək ki, Rafael Benites son olaraq "Selta"ya rəhbərlik edib. O, ötən ay istefaya göndərilib.

Xəbər xətti