Yayda "Çelsi"ni tərk edəcək

21:31 - 22 Aprel 2024

Mövsümün sonunda "Çelsi" ilə müqaviləsi başa çatan Tiaqo Silva gələcəyi barədə qərar verib.

Sportal.az xəbər verir ki, 39 yaşlı müdafiəçi yayda London təmsilçisini tərk edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Braziliyalı futbolçu "Çelsi" ilə yeni sözləşmə imzalayacaq. Klub qısa müddət ərzində rəsmi açıqlama edəcək. Arxa xətt oyunçusunun Braziliyaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, Tiaqo Silva 2020-ci ilin yayından "Çelsi"də çıxış edir. Təcrübəli mərkəz müdafiəçisi bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 qol vurub. 

Xəbər xətti