"Kür-Araz" - "Ağdaş" matçında 5 qol - VİDEO

16:10 - 23 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXII turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Kür-Araz" doğma meydanda "Ağsaş"ı qəbul edib. Qarşılaşma İmişli təmsilçisinin 3:2 hesablı qələbəsi ulə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Kür-Araz" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 20 xalı olan "Ağdaş" isə 10-cu yerdədir.

"Kür-Araz" - "Ağdaş" 3:2
Qollar:
Elariz Xəlilli, 5, Cavid İmamverdiyev, 26, Ramazan Abbasov, 85 - Nicar Fərəcli, 11 (avtoqol), Azad Əzimli, 45
Qırmızı vərəqə: Ramal Əhmədov, 87 ("Ağdaş")

Xəbər xətti