"Dinamo" - "Şahdağ Qusar" oyununda 8 qol, 3 qırmızı vərəqə - VİDEO

19:31 - 23 Aprel 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXII turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Dinamo" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 47-yə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.24 xalı olan "Dinamo" isə 9-cu yerdədir.

"Dinamo" - "Şahdağ Qusar" 1:7
Qollar: 
Əkbər Səfərzadə, 90+1 - Tural Qurbatov, 7, 53, 56, Famil Camalov, 17, 33, 58, Denis İsmixanov, 72
Qırmızı vərəqə: Fərid Eyvazov, 85, İman Müseyibov, 89 - Rafiq Kərimov, 18

Xəbər xətti