Karlos Teves təcili xəstəxanaya yerləşdirildi

15:31 - 24 Aprel 2024

Argentinanın "İndependiente" klubunun baş məşqçisi Karlos Teves təcili xəstəxsnaya yerləşdirilib.

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis döş qəfəsindəki ağrılara görə xəstəxanaya aparılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina milli komandasının sabiq hücumçusu gecəni Buenos Ayresdə xəstəxanada keçirib. O. bu gün müayinələrdən keçəcək.

Yüksək təztiqi olan Karlos Tevesin tez-tez sağlamlığı ilə bağlı şikayətləri olduğu bildirilir.

Xəbər xətti