AFFA rəsmisi UEFA-nın iclasında iştirak etdi

14:41 - 25 Aprel 2024

Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin iclasında üzv olaraq iştirak edib. 

Sportal.az xəbər verir ki, iclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.

Toplantı zamanı növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.

Xəbər xətti