Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

17:09 - 25 Aprel 2024

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununa təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi çempionluq qrupunun "Panatinaikos" - "Aris" matçına təyinat alıb. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.

Qarşılaşma 28 aprel tarixində Bakı vaxtilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Panatinaikos"un baş məşqçisi türkiyəli mütəxəssis Fatih Terimdir.

Xəbər xətti