“Qremio”nun futbolçusu Dieqo Kosta Braziliyada vermiş dağıdıcı daşqınlarda 100 nəfərin xilas olunmasına kömək edib.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu daşqın zamanı sıxışan insanları təhlükəsiz yerə çatdırmaq üçün cip və qayığından istifadə edib. Təcrübəli forvard xilasetmə işlərinə dostlarını da cəlb edib.
Qeyd edək ki, Dieqo Kosta bu ilin yanvar ayından "Qremio"da çıxış edir. İspaniya millisinin sabiq üzvü daha əvvəl "Braqa", "Atletiko", "Çelsi", "Albasete", "Penafiel", "Selta", "Vulverhempton" və "Botafoqo"nun formasını geyinib.
saytlarin hazirlanmasi