"Xəzri" yarımfinal seriyasında üstünlüyü ələ keçirdi

21:32 - 8 May 2024

Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.

Sportal.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində "NTD İndiqo"" və "Xəzri" komandaları seriyanın 1-ci oyununa çıxıblar. Görüşün əvvələrindən bərabər şəkildə davam edən mübarizə yekunda "Xəzri" nin 63-61 hesablı qələbəsi ilə bitib.

Bu qələbə ilə "Xəzri" seriyanın ümumi hesabında 1-0 önə keçib.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 15 xal, 10 asist), "NTD İndiqo" (Qeylen Smit - 20 xal, 12 ribaund) 

Qeyd edək ki, "NTD İndiqo" və "Xəzri" komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 11 may tarixində baş tutacaq.

Xəbər xətti