İcraiyyə Komitəsi Premyer Liqada komanda sayının artırılmasını müzakirə edəcək

12:37 - 11 May 2024

Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Sportal.az saat 15:00-da başlayacaq iclasın gündəliyini diqqətinizə çatdırır:

1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi

- İnkişaf hədəflərinin müəyyən olunması

- Strategiyanın yazılması

2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi

3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi

4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.

Xəbər xətti