Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.
Sportal.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində "Xəzri" və "NTD-İndiqo" komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən üstünlüyü "NTD-İndiqo" ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant "Xəzri" yekunda 86-81 hesablı qələbə qazanıb.
Bu qələbə ilə "Xəzri" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və finalda "Sabah" ın rəqibi olub. "NTD-İndiqo" isə 3-cü yer uğrunda "Xırdalan" klubu ilə oyunlarda iştirak edəcək.
Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 8 asist), "NTD-İndiqo" (Qeylen Smit - 22 xal, 12 ribaund)
Qeyd edək ki, "Xəzri" və "Sabah" klubları arasında final seriyasının ilk oyunu 16 may tarixində keçiriləcək.
saytlarin hazirlanmasi