"Şəki Siti" evdə "Qusar"a uduzdu - VİDEO

17:11 - 15 May 2024

Futbol üzrə Azərbaycan II Liqasında XXV turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Şəki Siti" doğma meydanda "Qusar"ı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 48-ə yüksəldən "Qusar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 35 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.

"Şəki Siti" - "Qusar" 0:2

Qollar: Orxan Qurbanlı, 35, 40

Xəbər xətti