"Xırdalan" həlledici mərhələyə məğlubiyyətlə başladı

22:28 - 15 May 2024

Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilib.

Sportal.az xəbər verir ki, “Xırdalan” və “NTD-İndiqo” komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində reallaşan qarşılaşma 95:79 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.

Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək.

Qeyd edək ki, sabah final seriyasının ilk oyununda “Xəzri” və “Sabah” kollektivləri qarşılaşacaqlar.

Xəbər xətti