Təcrübəli futbolçu Premyer Liqa klubu ilə anlaşdı

09:21 - 22 May 2024

"Liverpul"dan ayrılan Tiaqo Alkantara İngiltərədə qalmağa üstünlük verib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı "Betis"dən təklif alsa da, seçimini "Vest Hem"dən yana edib.

London klubu ilə anlaşan Tiaqonun yaxın vaxtlarda rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

2020-ci ilin sentyabrından “Liverpul”da çıxış etmiş təcrübəli futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında cəmi 1 matçda meydana çıxmışdı. 

Xəbər xətti